Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, dekabrın 6-na keçən gecə Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Elçin Babayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.