Bakının Suraxanı rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə iyulun 15-də Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Firudin oğlunun döyülüb, bıçaqla hədələnərək pulunun, qızıl boyunbağısının, bank kartlarının və idarə etdiyi “KİA” markalı avtomobilin əlindən alınması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Məmmədov, S.Abbasov, Ə.Abbasov və E.Kərimov həmin avtomobildə Hövsan qəsəbəsi ərazisində saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.