Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində “Range Rover” markalı bir avtomobildən içərisində 920 manat olan çanta oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon şübhəli bilinən Bakı şəhər sakini E.Kərimli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.