Bakının Yasamal rayonunda silahlı şəxsə qarşı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Aydın Həbibov saxlanılıb.

Ondan nömrəsi silinmiş “Smith Wesson” markalı revolver tapança, 1 ədəd patron və boş gilizi aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.