Şəmkirdə kişi arvadını və azyaşlı övladını qətlə yetirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Çinarlı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Həsənov Elməddin həyat yoldaşı, 1995-ci il təvəllüdlü Lalə Həsənovanı və 2014-cü il təvəllüdlü Qumru Həsənovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisə yerinə Şəmkir rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları gəlib .

Qətli törətməkdə şübhəli bilinən Elməddin Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb.