Kürdəmir rayonunda quldurluq hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, Kürdəmir rayon polis şöbəsinə sentyabrın 8-də Yenikənd kəndində yaşayan 86 yaşlı G.Məmmədovanın evə girən bir nəfərin onu döyərək pul verməsini tələb etməsi, lakin səs-küy yarandığından istədiyinə nail ola bilməyib hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini R.Bəşirov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.