Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də Binə qəsəbəsindəki evlərin birindən 500 manat pul və 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu ev sahibəsinin kürəkəni T.Kərimovdur.

O, törətdiyi əməli etiraf edib.