Bakının Xəzər rayonunda faciəli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, Zirə qəsəbəsi ərazisində qəsəbə sakini S.Həsənov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 8 yaşlı Umud Əzizovu vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.