Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunanların kimliyi müəyyən olunub.

Teleqraf.com Unikal.org-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində icra başçısının birinci müavini, təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və Mənzil-Kommunal İstismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.

Qeyd edək ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir.

***

12:06

Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Həbs edilənlərin olduğu bildirilir.