Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində yol qəzası olub.
Teleqraf.com xəbər verir ki, Yeni Həyat kənd sakini E.Salahov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Göygöl rayon sakini C.Məmmədovu vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.