Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunan, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Ağdam rayonunun işğaldan azad olunan ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 3 nəfər saxlanılaraq rayon polis şöbəsinə gətiriliblər.

Araşdırmalarla onların Ağcabədi rayon sakinləri E.Quluzadə, N.Mamedov və E.Əliyev olmaları müəyyən edilib.

Adıçəkilən şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.