Şamaxıda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Şamaxı rayon polis şöbəsinə avqustun 24-də saat 3 radələrində, şəhər sakini P.Niyazovun evinə girmiş bir nəfərin onu və arvadını bıçaqla hədələyib pul tələb etməsi, döyməsi və arvadının çənə nahiyəsinə bıçaqla xəsarət yetirərək 2 ədəd mobil telefon aparması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Heybətov, P.Həmidov və V. Pənahov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.