“Crocus City Hall”un sahibi Araz Ağalarov terror aktı baş verən yerə gələrək ilk dəfə baş verənlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Ağalarov iddia edir ki, hücum edənlər konsert zalına qapıdan deyil, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar.

O, hadisəni ümumbəşəri dəyərlər baxımından izaholunmaz adlandırıb.

"Bu, dəhşətli faciədir, son 20 ildə belə bir hadisə baş verməyib.

Martın 22-də Moskva yaxınlığında "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Piknik qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.