Xilasedicilər Moskvanın "Crocus City Hall" konsert zalında dağıntıları demək olar ki, tamamilə əl ilə təmizləyirlər.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskvadakı Tsentrospas axtarış-xilasetmə bölməsinin rəhbəri Andrey Tumanov məlumat verib.

Onun sözlərinə görə, hazırda demək olar ki, tamamilə xaotik səpələnmiş metal olan dağıntıların təmizlənməsi üçün təcili işlər aparılır, ağır texnika işin həcmini və növünü idarə edə bilmir.

"Biz demək olar ki, hər şeyi əl ilə kəsməliyik" dedi Tumanov.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov isə bildirib ki, "Crocus City Hall"dakı dağıntıların təmizlənməsi üzrə işlər ən azı daha bir neçə gün davam edəcək.

Martın 22-də Moskva "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Piknik qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.