Milli Məclisin payız sessiyasının növbəti iclası dekabrın 29-da keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, büdcə zərfinin müzakirələri sabahkı iclasda üçüncü oxunuşda davam etdiriləcək.