CƏLİLABAD, 24 dekabr. TELEQRAF
Cəlilabad rayon mərkəzindən keçən Mişarçay uzun müddətdir bəzi sakinlər tərəfindən faktiki zibil poliqonuna çevrilib.
Bu barədə Teleqraf-ın Cənub bürosu məlumat verib.
Məişət tullantıları çayın yatağına atılır. Çayda suyun olmaması səbəbindən tullantılar ərazidə toplanaraq qalıb.
Payız və qış mövsümündə bol sulu olan Mişarçay adətən buraya atılan zibili sahilyanı ərazilərə yayılaraq daha geniş miqyasda çirklənməyə səbəb olurdu.
Ərazidə xoşagəlməz mənzərə yaranıb, bu isə həm ətraf mühit, həm də əhalinin sağlamlığı üçün təhlükədir.