AĞDAM, 2 oktyabr. TELEQRAF

Ağdamın Quzanlı qəsəbəsində fərdi evin yanması nəticəsində xəsarət alanlar Bakıya aparılıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə nəticəsində xəsarət almış 12 yaşlı Nəzrin İsmayılovaya üzün hər iki yuxarı ətrafın 1-ci dərəcəli texniki yanığı, 60 yaşlı Zibeydə İsmayılovaya isə hər iki yuxarı ətrafın, hər iki bazu, said kürək, hər iki əllərin 1 və 2 ci dərəcəli texniki yanığı diaqnozu qoyulub.

Ağdam Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilikdən sonra onlar Bakıya, 5 nömrəli Şəhər Klinik Xəstəxanasına yola salınıblar.

***

01:42

Ağdamda baş verən yanğın zamanı nənə və nəvə ağır yanıq xəsarəti alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi rayonun Quzanlı qəsəbəsində baş verib.

Rayon sakini İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdə yanğın baş verib.

Yanğın zamanı 1965-ci il təvəllüdlü İsmayılov Zibeydə Qənimət qızı ikinci dərəcəli və onun nəvəsi 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı birinci dərəcəli yanıq xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb edilib. Yanğın yanğınsöndürən əməkdaşları tərəfindən söndürülərək yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanıb.