
BAKI, 23 aprel. TELEQRAF
Türkiyənin İstanbul şəhərində məktəblər üçün 2 günlük tətil elan edilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə təhsil naziri Yusuf Tekin açıqlama verib.
Daxili işlər naziri Ali Yerlikaya isə söyləyib ki, zəlzələdən sonra Zəng Mərkəzinə 6100 şikayət daxil olub:
“Bu şikayətlərin əksəriyyəti məlumat əldə etmək məqsədi daşıyır. Allaha şükürlər olsun ki, indiyədək can itkisi və xəsarət alan yoxdur”.
***
16:56
İstanbul şəhərində baş vermiş zəlzələ nəticəsində 151 nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
***
15:49
İstanbul şəhərində baş verən zəlzələ zamanı dağıntı və insan tələfatı olmayıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Hallar Xidməti məlumat yayıb.
***
15:04
İstanbul şəhərində baş verən zəlzələ zamanı dağıntı olmayıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
“Gələn bildirişləri də yoxlayırıq. Təhlükəsizlik bölmələrimiz, polis, jandarm və bələdiyyələrimiz yoxlamalar aparır. (Dağıntılarla bağlı) Təsdiqlənmiş hal yoxdur”, - nazir bildirib.
***
14:39
Türkiyə Fövqəladə Hallar Xidmətinin (AFAD) tərəfindən episentri İstanbulun Silivri rayonu sahillərində, Mərmərə dənizində təsbit edilən 6,2 bal gücündə zəlzələ Sakarya və paytaxt Ankarada da hiss olunub.
Teleqraf xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
***
14:24
Türkiyənin İstanbul şəhərində baş verən şiddətli zəlzələdən sonra şəhər sakinləri küçələrə axışıblar.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
***
14:19
Türkiyənin İstanbul şəhərində baş verən zəlzələ üç dəfə təkrarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Hallar Xidmətindən (AFAD) bildirilib.
Qeyd olunur ki, saat 12:13-də 3.9 bal, 12:49-da 6.2 bal, nəhayət 12:51-də 4.4 bal gücündə zəlzələ baş verib.
***
14:19
Türkiyənin mobil operatorları fəaliyyətini tamamilə dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Sözçü" qəzeti məlumat yayıb.
***
14:15
Türkiyə daxili işlər naziri Ali Yerlikaya İstanbulda zəlzələ ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, bu barədə nazir "X" hesabında yazıb.
“İstanbulun Silivri rayonunda, Mərmərə dənizində 6.2 bal gücündə zəlzələ baş verib. Zəlzələ ətraf bölgələrdə də hiss olunub. Hadisə ilə bağlı AFAD və digər aidiyyəti qurumların bütün əməkdaşları dərhal yerlərdə araşdırmalara başlayıblar. Zəlzələdən zərər çəkmiş bütün vətəndaşlarımıza keçmiş olsun. Allah ölkəmizi və xalqımızı təbii fəlakətlərdən qorusun”,- nazir bildirib.
***
14:11
İstanbul şəhərində baş verən zəlzələdən zərər gözləmirik.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Hallar Xidmətindən (AFAD) bildirilib.
“Zəlzələ gözlədiyimiz ərazilərdən birində baş verib. Heç bir zərər olmamalıdır. Zərər gözlənilmir. Çox güclü zəlzələ deyil”, - AFAD-dan bildirilib.
***
14:04
Türkiyənin İstanbul şəhəri və ətraf vilayətlərdə 6,2 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyə Fövqəladə Hallar Xidmətinin (AFAD) saytında yer alan məlumata görə, episentri İstanbulun Silivri rayonu sahillərində, Mərmərə dənizində olan 3,9 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 6,99 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Zəlzələ ətraf əyalətlərdə hiss olunarkən, Silivri sahillərində 6,2 bal gücündə daha bir zəlzələ baş verib.