BAKI, 20 mart. TELEQRAF

Formula 1 komandası “Cordan”ın keçmiş sahibi və qurucusu Eddi Cordan martın 20-nə keçən gecə dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Endryu Benson sosial şəbəkə hesabında məlumat yayıb.

Cordan son 12 ayda prostat xərçəngi ilə mübarizə aparıb. 76 yaşlı funksioner Cənubi Afrika Respublikasının paytaxtı Keyptaunda vəfat edib.

2024-cü ilin dekabrında Cordan xərçənglə mübarizə apardığını elan edib. O, fevralda dörd kimyaterapiya kursu keçib. Həkimlər onun sağalacağını təxmin ediblər.

Qeyd edək ki, Formula 1 əfsanələri Mixael və Ralf Şumaxerlər karyeralarına məhz Eddi Cordanın rəhbərliyi altında başlayıblar.