BAKI, 27 sentyabr. TELEQRAF
Ermənistanın Armavir bölgəsində Arax kəndində atışma ilə bağlı polisə məlumat daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb.
Hadisə yerində olan kənd sakinləri bildiriblər ki, silahlı şəxs kənddə psixi problemləri olan biri kimi tanınır .
Güllə yarası alan Masis Asatryan xəstəxanada dünyasını dəyişib.