BAKI, 27 sentyabr. TELEQRAF
"Son illər Ermənistanla Türkiyə arasında görünməmiş müsbət dialoq qurulub".
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT kürsüsündə çıxışı zamanı deyib.
"Prezident Ərdoğanla görüşlərim müntəzəm xarakter daşıyır, davamlı olaraq artan etimad səviyyəsinə malikdir. Bu, mənim çox yüksək qiymətləndirdiyim və əmin olduğum bir nailiyyətdir ki, yaxın gələcəkdə müsbət nəticələr verəcək, yəni Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması və dövlətlərarası sərhədlərin tam açılması".