BAKI, 21 sentyabr. TELEQRAF
“Mülki Müqavilə” Partiyasının İdarə Heyətinin sədri və üzvlərinin seçilməsi üzrə səsvermənin nəticələrinin ilkin elektron hesablanması başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb.
Səsvermə partiyanın VII qurultayı çərçivəsində keçirilib
İlkin elektron hesablamalara görə, Ermənistanın Baş naziri Nikol Paşinyan 758 səslə idarə heyətinin sədri seçilib.
Elektron ilkin hesablamadan sonra bülletenlərin əl ilə hesablanması da aparılacaq.
Apellyasiya sorğuları 24 saat ərzində qəbul ediləcək.
Nikol Paşinyan qeyd edib ki, 24 saat ərzində müraciət olarsa, müraciətin nəticələri ümumiləşdirildikdən sonra yekun nəticə elan olunacaq. Əgər müraciət yoxdursa, əl ilə hesablama da aparılacaq və bu, yekun nəticə olacaq.