BAKI, 20 sentyabr. TELEQRAF

"Ermənistanda uşaqların əksəriyyəti Ağrı dağının Türkiyədə olduğunu bilmir".

Teleqraf xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan “Mülki müqavilə” partiyasının qurultayında jurnalistlərə açıqlamasında deyib.

Ondan müxalifətin hakimiyyətin erməni xalqının milli simvolunu əlindən almağa çalışması ilə bağlı iddialarına qiymət verməsi xahiş olunub.

"Mən tonqala yaxınlaşdım və uşaqlardan Ermənistanda ən hündür dağın hansı olduğunu soruşdum. Uşaqların 70%-i Ararat deyə cavab verdi. Onlar heç bilmirlər ki, Ararat Ermənistan Respublikasında deyil. Bizimlə ünsiyyətdə olan ermənilərin çoxu bunu bilmirlər, çünki biz belə deyirik. Sonra öyrənib təəccüblənirlər - Ararat bizim Ermənistan Respublikasında yerləşmirmi?" Nə düşünürlər?"- Baş nazir deyib.

Paşinyan futbol klublarından tutmuş supermarketlərə qədər “Ermənistanla heç bir əlaqəsi olmayan” müxtəlif toponim və adların işlədilməsində “vətənpərvərlik nümunəsi”nə də toxunub.

O deyib ki, Ermənistanın viza möhüründən Ağrı dağının təsvirinin çıxarılması ilə bağlı qərar sentyabrın 11-də hökumətin iclasında qəbul edilib: "Bu məsələlər siyahısına salınıb və lakin medianın diqqətindən kənarda qalıb".