BAKI, 19 sentyabr. TELEQRAF

Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanın təklifi ilə sərhəd qoşunlarının komandanı Edqar Hunanyanı vəzifəsindən azad edib.

Teleqraf xəbər verir ki, müvafiq fərman Ermənistan prezidentinin saytında dərc olunub .

“Edqar Hunanyan Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilsin”, - sənəddə qeyd olunur.

Hunanyanın işdən çıxarılma səbəbləri açıqlanmayıb. O, 2024-cü ilin iyulunda Ermənistan Sərhəd Qoşunlarının komandanı təyin edilib.