BAKI, 18 iyul. TELEQRAF

Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Haaqada İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bombergerlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Görüşdə Ermənistanla Komissiya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

"Ermənistan və Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanmasının və dövlətlərarası münasibətlərin qurulmasının vacibliyini vurğulanıb",- məlumatda deyilir.