
BAKI, 21 may. TELEQRAF
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə BƏƏ baş nazirinin müavini və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.
Teleqraf "News.am"a istinadla xəbər verir ki, nazirlər siyasi dialoqun və ikitərəfli tərəfdaşlığın yüksək səviyyədə genişləndirilməsi istiqamətində atılan addımları müzakirə ediblər.
Nazir Mirzoyan Ermənistan və BƏƏ arasında əməkdaşlığın inkişafı üçün Ermənistanın təklifini diqqətə çatdırıb.
Ermənistan və BƏƏ xarici işlər nazirləri həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.
Mirzoyan regional sülhün bərqərar olması üçün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğulayıb.