BAKI, 1 may. TELEQRAF

Qarabağı könüllü tərk etmiş ermənilər İrəvanda toplantı keçirərək Ermənistan hökumətini küçə döyüşləri ilə təhdid ediblər.

Teleqraf xəbər verir ki, bu barədə özünü "Artsax Vətəndaşlarının Hüquqlarını Müdafiə Şurası" adlandıran qondarma qurumun bəyanatında qeyd olunub.

Şuranın toplantısında öncə Qarabağdan könüllü köçən ermənilərin sosial problemləri və onların həlli yollarından bəhs olunub.

Onlar hökumətdən mənzil, pul tələb ediblər.

"Tələbimiz yerinə yetirilməsə, hər an küçə döyüşlərinə qayıda və daha sərt addımlar ata bilərik", - deyə radikalların bəyanatında qeyd olunur.