BAKI, 14 aprel. TELEQRAF

Ermənistan Azərbaycanla sülh sazişinin ya iki ölkə sərhədində, ya da hər iki tərəf üçün məqbul olan üçüncü bir ölkədə imzalanmasını mümkün hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Biz hesab edirik ki, artıq sazişin imzalanacağı yer, tarix və vaxtla bağlı dərhal məsləhətləşmələrə başlamaq olar. Bu, Ermənistanla Azərbaycanın sərhədi də ola bilər, yaxud həm İrəvan, həm də Bakı üçün qəbul edilə bilən hər hansı üçüncü ölkə də ola bilər”,- Mirzoyan vurğulayıb.