
BAKI, 30 mart. TELEQRAF
Ermənistanda bu gün keçirilən yerli özünüidarə orqanına seçkilər zamanı Parlamentarizmin inkişafı üzrə Beynəlxalq Mərkəzin müşahidəçisi Armine Adibekyana hücum olunub.
Teleqraf erməni saytlarına istinadən xəbər verir ki, müşahidəçi seçki saxtakarlığını lentə almaq istəyərkən təzyiqə məruz qalıb.
Bu barədə Parlamentarizmin İnkişafı üzrə Beynəlxalq Mərkəzin rəhbəri Qohar Meloyan məlumat verib. O bildirib ki, polis müdaxiləsi sayəsində zorakılığın qarşısı alınıb.
Xatırladaq ki, Parlamentarizmin İnkişafı üzrə Beynəlxalq Mərkəz Gümrü və Parakarda keçirilən bələdiyyə seçkilərində müşahidə missiyasını həyata keçirir.