
BAKI, 25 mart. TELEQRAF
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanma yeri və tarixi ilə bağlı hələlik razılıq əldə olunmayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.
"Biz Bakıya sülh sazişinin imzalanma yeri və tarixini müzakirə etməyi təklif etmişik. Hazırda razılaşdırılmış yer və tarix yoxdur", - deyə Mirzoyan bildirib və Azərbaycan tərəfi ilə danışıqların davam etdirilməsinə ehtiyac olduğunu vurğulayıb.
Qeyd edək ki, martın 13-də Ermənistan Xarici İşlər Nazirliyi İrəvan və Bakının sülh müqaviləsinin mətnini razılaşdırdığını və danışıqlar prosesini başa çatdırdığını açıqlayıb. Ermənistan tərəfi sənədin imzalanması üçün Azərbaycanın təkliflərini gözlədiklərini bildirib.