BAKI, 22 mart. TELEQRAF

"Ermənistan ordusunda aparılan islahatlar heç bir halda sülhü təhdid edə bilməz".

Teleqraf xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai televiziyasına müsahibəsində deyib.

“Ermənistan ordusunun Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir vəzifəsi yoxdur”, - baş nazir deyib.

Paşinyan onu da etiraf edib ki, “Qərbi Azərbaycan” termini Ermənistan ərazisinin 60%-ni əhatə edir.