
BAKI, 20 mart. TELEQRAF
Ermənistanın Avropa İttifaqına daxil olması onun anti-Rusiya sanksiyalarına qoşulmalı olacağı anlamına gələcək.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib .
“Ermənistan Avropa sanksiyalarına və Avropa İttifaqının hərbi-siyasi qərarlarına, o cümlədən Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti kimi alətlər çərçivəsində qoşulmalı olacaq” - Şoyqu bildirib.
O əlavə edib ki, Aİ-yə mümkün üzvlük Ermənistanın iqtisadiyyatına zərbə vuracaq və həm də ölkədə həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq.
Yanvarın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi ilə Avropa İttifaqı arasında yaxınlaşma ilə bağlı Rusiya ilə fikir ayrılıqlarının olduğunu etiraf edib .
Bu ili əvvəlində Ermənistan Nazirlər Kabineti ölkənin Avropa İttifaqına daxil olması prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib .