BAKI, 19 fevral. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Milli Təhlükəsizlik Strategiyasına yenidən baxılması üzrə idarələrarası komissiyanın yaradılması haqqında qərar imzalayıb.

Teleqraf xəbər verir ki, müvafiq qərar hökumətin saytında dərc olunub.

Komissiyaya Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rəhbərlik edəcək.

Bundan əvvəl Paşinyan Milli Təhlükəsizlik Strategiyasına yenidən baxılması və xarici əlaqələrin şaxələndirilməsinin zəruriliyini bəyan edib.

O deyib ki, 2020-ci ildə qəbul edilmiş hazırkı Strategiya mövcud çağırışlara cavab vermir.