
BAKI, 19 fevral. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə yeni konstitusiyaya ehtiyac olduğunu deyib.
Teleqraf xəbər verir ki, o, bu barədə yerli televiziya kanallarında ölkə vətəndaşlarına müraciəti zamanı bildirib.
"Yeni konstitusiyanın qəbulu böyük əhəmiyyət kəsb edir. Çünki hazırkı konstitusiyanın qəbulu ilə bağlı keçirilən bütün referendumlarda ciddi qanunsuzluq var. Yeni konstitusiyanın qəbulunun strateji məqsədi dövlət quran xalqın fəaliyyətinə keçidi təmin etməkdir", - deyə o qeyd edib.