
BAKI, 15 fevral. TELEQRAF
Ermənistanın baş naziri Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Finlandiya Prezidenti Aleksandr Stubbs ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüş zamanı Ermənistan-Avropa İttifaqı münasibətləri, həmçinin Aİ-nin yardımı ilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar prosesi müzakirə olunub.
Paşinyan Azərbaycanla sülh prosesi, “sülh qovşağı” təşəbbüsü və regional kommunikasiya marşrutlarının açılması prinsipləri barədə Finlandiya Prezidentini məlumatlandırıb.