Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, Paşinyan Koştanı Azərbaycan - Ermənistan sülh prosesi barədə məlumatlandırıb.

Baş nazir vurğulayıb ki, ölkəsi sülh gündəliyindən kənara çıxmayacaq.

Tərəflər, həmçinin Ermənistan - Avropa İttifaqı əməkdaşlığının hazırkı durumunu müzakirə edib, gələcəkdə də dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.