
Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan şair Məxtimqulu Fəraqinin anadan olmasının 300 illiyinə həsr olunmuş mədəniyyət nazirlərinin beynəlxalq konfransında iştirak etmək üçün üçgünlük rəsmi səfərlə Türkmənistana gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Təhsil və Mədəniyyət Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində bir sıra görüşlər də nəzərdə tutulub.
Fəraqinin anadan olmasının 300 illiyinə həsr olunmuş beynəlxalq tədbir Türkmənistan hökuməti və YUNESKO arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.