Bu gün paytaxt İrəvanın Müqəddəs Qriqori kilsəsində keçirilən ayində Ermənistan Baş naziri Nikol Paşinyan iştirak etməyib.

Teleqraf.az xəbər verir ki, Paşinyanın kilsədə baş tutacaq ayinlərdə iştirakı gözlənilirdi.

Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkiyan bildirib ki, epidemiya vəziyyətinə görə baş nazir özünü təcrid edib.

Qeyd edək ki, ermənilər Paşinyanın ayinlərdə iştirak etməsinin qarşısını almaq niyyətində olduqlarını elan etmişdilər.

Bununla da İrəvanda baş tutan milad ayinləri Paşinyanın iştirakı olmadan keçirilir.

Xatırladaq ki, ötən gün Ermənistan Prezidenti Armen Sərksiyanın da koronavirusa yoluxduğu ortaya çıxıb.