BAKI, 10 avqust. TELEQRAF
İstismar edildiyi tarixdən cari ilin 1 iyulunadək “İsmayıllı-2” Kiçik Su Elektrik Stansiyasında (KSES) ümumilikdə 34 milyon kilovat saat elektrik enerjisi istehsal olunub.
Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, KSES-lərdə ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.
Qeyd edək ki, ümumi gücü 1,581 MVt olan “İsmayıllı-2” KSES-in açılışı 2016-cı ilin 10 avqust tarixində İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında olub.