BAKI, 12 fevral. TELEQRAF

2025-ci il ərzində Azəri-Çıraq-Günəşlidən (AÇG) Azərbaycan dövlətinə əsasən "Səngəçal" terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,7 milyard kubmetr səmt qazı təhvil verilib.

Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan"ın 2025-ci ilin yekunlarına dair hesabatında qeyd edilib.

Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.