BAKI, 11 fevral. TELEQRAF
ABŞ-nin Energetika İnformasiyası Administrasiyası (EİA) 2026-2027-ci illər üzrə Azərbaycanda gündəlik neft və digər maye yanacaqların hasilatı üzrə proqnozunu açıqlayıb.
Teleqraf xəbər verir ki, agentlik 2026-cı və 2027-ci il üzrə gündəlik hasilatın 540 min barel olacağını proqnozlaşdırıb.
EİA-nın qiymətləndirməsinə görə, 2026-cı ilin birinci rübündə Azərbaycanda gündəlik 550 min barel, ikinci rübündə 540 min barel, üçüncü və dördüncü rüblərində isə 530 min barel neft və digər maye yanacaqlar hasil olunacaq. 2027-ci il üzrə proqnoz isə cari ilin göstəriciləri ilə eynidir.
Qeyd edək ki, agentlik 2025-ci ildə neft və digər maye yanacaqların hasilatının gündəlik 570 min barel səviyyəsində olduğunu qeyd edib.