BAKI, 5 yanvar. TELEQRAF
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları ucuzlaşıb.
Teleqraf xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 4.40% dəyərdən düşərək 3.4587 ABŞ dollarına bərabər olub.
Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 2.87% artıb. Beləliklə, qazın meqavat-saatı 29 avro olub.