BAKI, 29 dekabr. TELEQRAF
İndiyədək "Qərbi Azəri" platformasından 1 milyard bareldən (142 milyon ton) çox neft hasil edilib. Platforma bu göstərici ilə "Qərbi Azəri" AÇG platformaları arasında "Mərkəzi Azəri"dən sonra ikinci yerdədir.
Teleqraf "BP Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, bununla "Qərbi Azəri" Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağından 4,5 milyard barel ümumi neft hasilatına əhəmiyyətli töhfə verib.
2025-ci ilin üçüncü rübünün sonuna "Qərbi Azəri" platformasından gündəlik orta hasilat 76 min barel təşkil edib.
"Qərbi Azəri" obyektlərinə 48 quyu gövdəsi olan bir hasilat, qazma və yaşayış platforması və qurudakı Səngəçal terminalına birləşdirilmiş 30 düymlük sualtı boru kəməri daxildir. Hazırda Qərbi Azəridə təxminən 170 nəfər çalışır və onların əksəriyyəti, o cümlədən platformanın hər iki meneceri Azərbaycanlı mütəxəssislərdir. İndiyədək platformadan ümumilikdə 40 quyu və çox sayda yan lülə qazılıb. Hazırda istismarda olan 32 quyudan 24-ü hasilat quyusu, 8-i isə suvurma quyusudur.
Qeyd edək ki, sabah "Qərbi Azəri" platformasından ilk neft hasilatının 20 ili tamam olur.