BAKI, 25 dekabr. TELEQRAF

Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti bahalaşıb.

Teleqraf xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri 0,48 ABŞ dolları və ya 0,73% artaraq 66.62 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.