BAKI, 19 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Venesuela ilə müharibəni istisna etməməsi enerji bazarına təsir göstərib. Londonun ICE birjasında “Brent” və WTI markalı neftin 2026-cı ilin fevral ayı üzrə fyuçerslərinin qiymətləri artıb.

Teleqraf xəbər verir ki, Trampın açıqlamalarından sonra "Brent" 0,3% artımla 60 dollar/barel səviyyəsinə yüksəlib, 2026-cı ilin fevral ayı üzrə WTI fyuçersləri isə 0,38% bahalaşaraq 56,21 dollar/barelə çatıb.

Qeyd edək ki, Donald Tramp ABŞ-nin Venesuelaya məxsus gəmilərə mümkün zərbələrinin birbaşa müharibəyə səbəb olub-olmayacağına aydınlıq gətirməkdən imtina edib. Bununla yanaşı, o, ABŞ-nin yeni tankerlər ələ keçirmək niyyətində olduğunu təsdiqləyib.