BAKI, 4 iyun. TELEQRAF

Energetika naziri Pərviz Şahbazovun Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriato Luis Soares Kassama ilə görüşü zamanı enerji əməkdaşlığı üzrə yol xəritəsinin hazırlanması barədə razılığa gəlinib.

Teleqraf xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Pərviz Şahbazov bildirib ki, görüşdə neft-qaz, elektrik enerjisi və enerji tənzimlənməsi sahələrində Azərbaycanın zəngin təcrübəsinin bölüşdürülməsi, eləcə də kadr potensialının inkişaf etdirilməsi üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Bu çərçivədə yol xəritəsinin hazırlanması, ekspertlər arasında görüşlərin təşkili və seminarların keçirilməsi barədə razılığa gəlinib.