XANKƏNDİ, 30 may. TELEQRAF

"Kəndlərdə hansı evlərə köç olacağı ilə bağlı bizə məlumat verilmir".

Teleqraf xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktor müavini Nail Abdullayev Xankəndidə "Enerji təminatı məsələləri" üzrə İşçi Qrupunun iclasında deyib.

O bildirib ki, öncədən konkret evlər göstərilsə, işlər daha sürətli görülə bilər.

"Biz bütün qrafikimizi, gücümüzü köç proqramına uyğunlaşdırmağa çalışırıq. Məcbur olub kəndin hər nöqtəsini qazla təmin etməyə çalışırıq. Bizə konkret hansı evlərə köç olacağı deyilmir. Təəssüf ki, bu məlumatları öncədən əldə edə bilmirik", - N.Abdullayev əlavə edib.