XANKƏNDİ, 30 may. TELEQRAF

"2026-cı ilin sonunadək işğaldan azad olunmuş ərazilərə köçürüləcək ailə və əhali sayı barədə məlumata əsasən qaz tələbatı nəzərə alınaraq Laçın rayonunun Qorçu və Qoşasu kəndləri təbii qazla təchiz ediləcək".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin rəisinin birinci müavini Sərxan Babaşov "Enerji təminatı məsələləri" üzrə İşçi Qrupunun iclasında deyib.

O bildirib ki, qaz kəmərlərinin polietilen boru ilə çəkilməsi planlaşdırılıb.

"Bu səbəbdən qaz kəmərlərinin layihələri "Azəriqaz” İB-nin Layihə konstruktor bürosu tərəfindən yenidən işlənilir.

Qorçu və Qoşasu QTM-lərin tikintisi "Azəriqaz” İB tərəfindən gələcək illərdə köç proqramına və qaz tələbatına uyğun olaraq nəzərdə tutulub", - deyə o əlavə edib.