BAKI, 7 mart. TELEQRAF

Son bir həftədə Rusiyada Aİ-92 markalı benzinin birja qiyməti təxminən 4% ucuzlaşaraq tonu 50 min rubldan (tonu 960 manat, litri 1,52 manat) aşağı düşüb.

Teleqraf Sankt-Peterburq Beynəlxalq Ticarət və Xammal Birjasına istinadən xəbər verir ki, Aİ-92 benzininin qiyməti 3,7% azalarak 49,277 min rubl olub. Həmçinin, Aİ-95 benzininin qiyməti də 1,9% ucuzlaşaraq tonu 55,863 min rubl təşkil edib.

Digər yanacaq növlərinə gəldikdə isə, yay dövrünə aid dizel yanacağı 2,9% bahalaşaraq 56,253 min rubl olub. Mövsümi dizel yanacağı isə 0,5% artaraq 57,184 min rubl təşkil edib. Qış dizeli isə 0,2% ucuzlaşıb və qiyməti 57,184 min rubl olub.

Qazan yanacağının qiyməti 2,2% ucuzlaşaraq ton başına 29,523 min rubl olub. Eyni zamanda, reaktiv mühərriklər üçün aviakerozin qiyməti 1,2% azalarak 80,084 min rubl təşkil edib.

Bununla yanaşı, maya qazın (LNG) qiyməti isə 3,1% artaraq hər ton üçün 18,038 min rubl olub.