BAKI, 16 iyul. TELEQRAF

"Magistraturaya qəbul imtahanlarında hazırda nəsə dəyişiklik nəzərdə tutulmayıb".

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Natiq Əliyev 2024-cü il üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, DİM imtahanların məzmununda hər hansı dəyişiklik olanda, 2 il öncədən məlumat verir.

"Ola bilər ki, gələcəkdə magistraturaya qəbul imtahanında essəyə minimal tələb qoyulsun".

N.Əliyev həmçinin magistraturada təhsil alan şəxslərin həm də əmək bazarında olacağını diqqətə çatdıraraq qeyd edib ki, universitetlərdə bu təhsil pilləsi üçün dərslərin axşam saatlarında keçirilməsi məqsədəuyğundur.